Ana Sayfa > Parlament / Karusel > "17 yaşlı qızımı zorladı" - FOTO
"17 yaşlı qızımı zorladı" - FOTO8-04-2017, 16:49. Yazar: admin |
![]() Türkiyənin Manisa şəhərində qətl törətdiklərini etiraf edən qadın, əri və qızları həbs olunub. Milli.Az gazetevatan-a istinadən xəbər verir ki, 5 aprel səhəri sözügedən rayonun Şahzadələr qəsəbəsi, Karaoğlanlı məhəlləsində bir kişi cəsədi tapılıb. Hadisə yerinə gələn Manisa rayon polis şöbəsinin əməkdaşları əlləri və ayaqları arxadan bağlanmış cəsədin Turqutluda yaşayan Mehmet K. -ya (41) aid olduğunu müəyyən ediblər. İstintaq çərçivəsində polislər başına və bədəninin müxtəlif yerlərinə sərt bir cisimlə dəfələrlə vurulduqdan sonra öldürüldüyü təsbit edilən Mehmet K. -nın mobil telefonunda ən son Gül K. (37) ilə danışdığını ortaya çıxarıb. Nəzarətə alınan Gül K. ifadəsində günahını etiraf edərək, Mehmet K. -nı həyat yoldaşı Ömər K. (42) ilə birlikdə Turqutludakı evində öldürdüklərini və daha sonra Şehzadeler mahalındakı boş sahəyə atdıqlarını söyləyib. Gül K. Mehmet K.-nı ilk həyat yoldaşından olan qızı D.A.-nı (17) zorladığı üçün öldürdüklərini iddia edib. Gül K. -nın ifadəsi sonrası polislər Ömər K. ilə qızı D.A.-nı da saxlayıblar. Manisa Dövlət Xəstəxanasında sağlamlıq müayinəsindən keçirilən şübhəlilər həbsxanaya göndəriliblər. AİA.az Geri dön |