Ana Sayfa > Karusel / Təhsil > Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir

Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir


Bu gün, 12:15. Yazar: Subhan
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin uşaq evi sosial xidmət müəssisələrindən bu gün 39 uşaq birinci sinfə gedir.

aia.az xəbər verir ki, bununla bağlı ƏƏSMN məlumat yayıb.

Bildirilib ki, Sosial Xidmətlər Agentliyi müəssisələrdə yaşayan uşaqların təhsil hüquqlarının təmin olunması, onların məktəbə hazırlığı və təhsil prosesinə uyğunlaşması istiqamətində mütəmadi tədbirlər həyata keçirir.

Hazırda Agentliyin uşaq evi sosial xidmət müəssisələrində valideyn himayəsindən məhrum olan 476 uşaq yaşayır.

aia.az
Geri dön