Ana Sayfa > Karusel / Dünya > Hörmüzdə ABŞ PUA-sı vuruldu
Hörmüzdə ABŞ PUA-sı vurulduBu gün, 09:16. Yazar: Subhan |
![]() İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazının qərbində ABŞ istehsalı olan MQ-1 tipli pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb. aia.az xəbər verir ki, IRNA İnqilab Keşikçiləri Korpusunun bununla bağlı yaydığı açıqlamanı dərc edib. Bildirilir ki, MQ-1 tipli PUA Hörmüz boğazının qərbində İranın hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanaraq vurulub. İnqilab Keşikçiləri ötən gün səhər saatlarında da Hörmüz boğazı üzərində eyni tipli PUA-nın vurulduğunu açıqlamışdı. Qeyd edək ki, ABŞ tərəfindən 1990-cı illərdə istehsal edilən MQ-1 PUA-lar ilkin olaraq müşahidə və kəşfiyyat məqsədləri üçün hazırlanıb. Daha sonra aparatlara əlavə kameralar və raketlər quraşdırılıb. aia.az Geri dön |