Ana Sayfa > Manşet / Təhsil > 124 min uşaq üçün ilk zəng çalınır
124 min uşaq üçün ilk zəng çalınırBu gün, 09:00. Yazar: Subhan |
![]() 15 sentyabr Azərbaycanca Bilik Günüdür. aia.az xəbər verir ki, bu gün ilk dərslər “Şəhərsalma və Memarlıq İli”nə həsr olunacaq. Yeni tədris ilində 124 min şagird I sinifdə təhsilə başlayır. 1,6 milyon şagird ümumi təhsilini davam etdirir. 121 642 müəllim şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 4 ümumi təhsil müəssisəsi fəaliyyətə başlayır. 550-dən çox təhsil müəssisəsində “Rəqəmsal məktəb” platforması tətbiq olunur. 850-dən çox təhsil müəssisəsi yenilənib, 15 təhsil müəssisəsi isə yeni istifadəyə verilib. aia.az Geri dön |