Ana Sayfa > Gündəm > Tərtər sakini traktorun altında qalaraq ölüb

Tərtər sakini traktorun altında qalaraq ölüb


8-04-2017, 16:16. Yazar: admin
Tərtər sakini traktorun altında qalaraq ölüb



Tərtər sakini bədbəxt hadisə nəticəsində ölüb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aprelin 7-də Tərtər rayonunun Balakəngərli kəndində kənd sakini Elman Ağayev həmkəndlisi Pərvin Vahidzadənin idarə etdiyi "MTZ-80” markalı traktorun qoşqusuna minmək istəyərkən yıxılaraq təkərin altında qalıb və o, hadisə yerində ölüb.

Tərtər RPŞ tərəfindən araşdırma aparılır.


AİA.az
Geri dön