Ana Sayfa > Ölkə > Avtomobil “qırmızı”dan keçən skuteri vurdu
Avtomobil “qırmızı”dan keçən skuteri vurduBu gün, 16:26. Yazar: Subhan |
![]() Bakıda qırmızı işıqda yolayrıcına daxil olan skuter avtomobillə toqquşub. aia.az xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb. DİN-in Nəqliyyatı İntelllektual İdarəetmə Mərkəzi hadisə anının görüntülərini paylaşaraq hərəkət iştirakçılarına müraciət edib: “Hadisədən 10 saniyə əvvəl də eyni qaydanı pozur, lakin yol boş olduğundan təhlükə qəzasız ötüşür. Bir neçə saniyə əvvəl təsadüf onları qəzadan qorumuşdusa, bu dəfə üzərində sərnişinlə “svetofor”un qırmızı işığında keçən həmin skuteri avtomobil vurur. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameraları tərəfindən paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə Mirzağa Əliyev küçəsinin kəsişməsində qeydə alınan bu görüntülər bir həqiqəti açıq şəkildə göstərir: yol hərəkətində “bu dəfə heç nə olmadı” düşüncəsi növbəti dəfə də heç nə olmayacağı anlamına gəlmir. Dəfələrlə deyildiyi kimi, kiçik elektrik nəqliyyat vasitəsinin sürücüləri bilməlidirlər ki, digər nəqliyyat vasitələri kimi onlar da işıqforun siqanallarının tələblərinə əməl etməli və skuterlə sərnişin daşımamalıdırlar. Eyni zamanda, ümumi istifadədə olan avtomobil yollarında yolun sağ kənar zolağından başqa, digər zolaqlarla hərəkət etmək qadağandır”. aia.az Geri dön |