Ana Sayfa > Gündəm > Bir həftədə 1348 hektardan çox ərazi minalardan təmizləndi
Bir həftədə 1348 hektardan çox ərazi minalardan təmizləndiBu gün, 13:45. Yazar: Subhan |
![]() Azad edilmiş ərazilərdə sentyabrın 7-dən 13-dək 19 tank əleyhinə mina, 113 piyada əleyhinə mina və 426 ədəd digər partlayıcı hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib. aia.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirdiyi humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik hesabatında bildirilib. Məlumata görə, hesabat dövründə ümumilikdə 1348,9 hektar ərazi minalardan təmizlənib. Minatəmizləmə əməliyyatları ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), beş yerli təşkilat və bir QHT tərəfindən Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında həyata keçirilib. Əməliyyatlar, həmçinin Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərini də əhatə edib. aia.az Geri dön |