Ana Sayfa > Dünya > Gürcüstanda DTX rəisi istefa verdi
Gürcüstanda DTX rəisi istefa verdiBu gün, 13:13. Yazar: Subhan |
![]() Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Qeka Geladze vəzifəsindən istefa vermək qərarına gəlib. aia.az xəbər verir ki, Geladze bu barədə bəyanatında məlumat verib. O bildirib ki, qərar siyasi komanda ilə aparılan məsləhətləşmələrdən sonra qəbul edilib. Bununla belə, Geladze dövlət qulluğunda fəaliyyətini davam etdirəcək və başqa dövlət qurumunda çalışacaq. "Gürcüstan DTX-nin rəisi vəzifəsini tərk etmək qərarına gəldim. Bu vəzifədə çalışmaq mənim üçün böyük məsuliyyət və ölkəmizə xidmət etmək imkanı idi", - deyə Geladze bildirib. DTX rəisi həmçinin həmkarlarına birgə fəaliyyətə görə təşəkkür edib və yeni vəzifəsində də dövlətə xidmətini davam etdirəcəyini qeyd edib. aia.az Geri dön |