Ana Sayfa > Dünya > Orban Magyar hakimiyyətinə qarşı fəal müqavimətə başladığını elan etdi

Orban Magyar hakimiyyətinə qarşı fəal müqavimətə başladığını elan etdi


Bu gün, 13:39. Yazar: vasif
Orban Magyar hakimiyyətinə qarşı fəal müqavimətə başladığını elan etdi


Macarıstanın keçmiş Baş naziri Viktor Orban Peter Magyarın rəhbərlik etdiyi hökumətin hərəkətlərinə qarşı aktiv müqavimətə başladığını bəyan edib.

aia.az xəbər verir ki, o, X hesabında yeni Macarıstan hakimiyyətini "neokommunistlər" adlandıraraq, onların ölkədə siyasi diktatura qurduqlarını iddia edib: "Neokommunistlərə qarşı yumşaqlıq dövrü bitdi. Biz çağırışı qəbul edirik və mübarizəyə qoşuluruq!"

Bundan əvvəl isə Orban tərəfdarları qarşısında çıxışında rəhbərlik etdiyi Fidesz Partiyasının missiyasının ölkənin suverenliyini qorumaq, Magyarın Tisza Partiyasının isə missiyasının Macarıstanı müstəmləkəyə çevirmək olduğunu iddia etmi.di. Onun sözlərinə görə, Brüssel Macarıstana münasibətdə "müstəmləkəçi ağa" kimi çıxış edir.

Keçmiş baş nazir həmçinin bildirib ki, yeni hakimiyyət orqanları artıq siyasi sahəni nəzarətə götürüb və indi son illərdə uğurla Macarıstanın əlinə qaytarılan "iqtisadiyyatı ələ keçirməyə" çalışırlar: "Onlar böyük Macarıstan şirkətlərini məhv edəcək və onları xaricilərə təhvil verəcəklər".

Qeyd edək ki, Orban 12 apreldə keçirilən seçkilərdə ağır məğlubiyyətə uğrayıb. Magyarın rəhbərlik etdiyi Tisza Partiyası ölkənin əsas qanunverici orqanında yerlərin üçdə ikisindən çoxunu qazadbı, öz hökumətini qurub, konstitusiyanı dəyişdirib, bir sıra yeni qanunlar qəbul edib və prezidentdən tutmuş nazir müavinlərinə qədər bütün dövlət qurumlarının rəhbərliyini dəyişdirib. Həmçinin korrupsiyaya qarşı mübarizə elan edib, əvvəlki hökumət tərəfindən bağlanmış bütün kommersiya müqavilələri ilə bağlı araşdırma başladıb və Orbanın ətrafındakı şəxslərə qarşı bir sıra ittihamlar irəli sürüb. Magyar açıq şəkildə əvvəlki hökuməti "mafiya", Orbanı isə "başçısı" adlandırır.
Geri dön