Ana Sayfa > Ölkə > İsmayıllıda yanan avtomobildə ölən və xəsarət alan şəxslərin kimlikləri məlum oldu
İsmayıllıda yanan avtomobildə ölən və xəsarət alan şəxslərin kimlikləri məlum olduBu gün, 10:47. Yazar: vasif |
![]() İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. aia.az apa-ya istinadən xəbər verir ki, ötən gecə saat 22 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü, 33 yaşlı İlkin Abdullazadə xəsarət alıb, sərnişini, 31 yaşlı Münəvvər Abdullazadə isə ölüb. Faktla bağlı araşdırma aparılır. Geri dön |