Ana Sayfa > Dünya > İndoneziyada 243 nəfəri daşıyan gəmi yoxa çıxdı
İndoneziyada 243 nəfəri daşıyan gəmi yoxa çıxdıBu gün, 09:20. Yazar: vasif |
![]() İndoneziyada göyərtəsində 243 sərnişin və heyət üzvünün olduğu sərnişin gəmisi ilə əlaqə kəsilib. “aia.az” “Reuters”ə istinadən xəbər verir ki, gəmi Şərqi Yava əyalətinin Surabaya şəhərindən Cənubi Kalimantan əyalətindəki Banjarmasin şəhərinə doğru hərəkət edib. Ölkənin axtarış-xilasetmə agentliyi “Virgo Transport 8” gəmisi ilə əlaqənin kəsildiyini açıqlayıb. Hadisədən sonra gəminin tapılması üçün axtarış-xilasetmə əməliyyatına başlanılıb. Axtarış və Xilasetmə İdarəsinin rəhbəri Putu Sudayana bildirib ki, məlumat daxil olduqdan dərhal sonra əməkdaşlar və xilasetmə gəmisi onun son məlum olduğu əraziyə göndərilib. Geri dön |