Ana Sayfa > Dünya > Fidan Əraqçi ilə Səudiyyəni müzakirə edib
Fidan Əraqçi ilə Səudiyyəni müzakirə edibBu gün, 09:00. Yazar: vasif |
![]() Türkiyə xarici işlər naziri Hakan Fidan Hörmüz boğazının tənzimlənməsi və Səudiyyə Ərəbistanına hücumları müzakirə etmək üçün iranlı həmkarı Abbas Araqçı ilə telefon danışığı aparıb. aia.az xəbər verir ki, məlumatı TASS Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən yayıb: "Söhbət zamanı Hörmüz boğazı ilə bağlı təmaslar və regionda toqquşmalara son qoymaq məqsədilə davam edən danışıqlar müzakirə olunub. Səudiyyə Ərəbistanına hücumlarla bağlı da fikir mübadiləsi aparılıb". Türkiyə Xarici İşlər Nazirliyi rəsmi açıqlamasında İraq ərazisindən Səudiyyə Ərəbistanına qarşı edilən pilotsuz təyyarə hücumlarını ən sərt şəkildə pisləyib: "Səudiyyə Ərəbistanının suverenliyinə və ərazi bütövlüyünə dəstəyimizi bir daha təsdiqləyirik və bölgədə gərginliyin artmasının qarşısını almağa yönəlmiş təmkinli yanaşmasına görə Səudiyyə hakimiyyətini təqdir edirik. İraq hökumətinin bu hücumları pisləməsini və hadisəyə aydınlıq gətirmək və məsul şəxsləri müəyyən etmək üçün dərhal araşdırma aparmaq qərarını alqışlayırıq". Geri dön |