Ana Sayfa > Dünya > Meşələrə “yanğınsöndürən keçilər” buraxılır – Əsas işləri bundan ibarət olacaq
Meşələrə “yanğınsöndürən keçilər” buraxılır – Əsas işləri bundan ibarət olacaqBu gün, 02:29. Yazar: vasif |
![]() Portuqaliya meşə yanğınları ilə mübarizədə qeyri-adi üsulun daha geniş tətbiqini təklif edib. aia.az xəbər verir ki, Portuqaliyanın kənd təsərrüfatı naziri Joze Manuel Fernandeş Avropa İttifaqını meşə yanğını riskinin yüksək olduğu ərazilərdə keçi, qoyun və inəklərin otarılması üçün çobanların əməyini maliyyələşdirməyə çağırıb. Bu üsulun mahiyyəti heyvanların meşəlik və kənd ərazilərində quru otları, kolları və digər tez alışan bitkiləri yeməsidir. Beləliklə, yanğının yayılmasına şərait yaradan bitki örtüyü təbii yolla azalır. Buna görə bu heyvanları bəzən obrazlı şəkildə “yanğınsöndürən keçilər” adlandırırlar. Portuqaliya və İspaniyanın bəzi bölgələrində bu cür proqramlar artıq həyata keçirilir. Fernandeş bildirib ki, Portuqaliya hazırda bunun üçün öz milli vəsaitindən istifadə edir, halbuki görülən iş bütövlükdə Avropa İttifaqının maraqlarına xidmət edir. Nazir Aİ büdcəsində kənd təsərrüfatı kimi ənənəvi istiqamətlər üzrə xərclərin azaldılması təkliflərinə də qarşı çıxıb. Onun sözlərinə görə, bu vəsait yalnız fermerləri dəstəkləmək üçün deyil, kənd ərazilərini və ərzaq sistemini getdikcə daha ekstremal hava şəraitinə hazırlamaq üçün də vacibdir. Geri dön |