Ana Sayfa > Dünya > SON DƏQİQƏ! Zelenski və Putin MAYAMİDƏ Görüşəcək? – Budanov tarixi AÇIQLADI

SON DƏQİQƏ! Zelenski və Putin MAYAMİDƏ Görüşəcək? – Budanov tarixi AÇIQLADI


Dünən, 23:12. Yazar: vasif
SON DƏQİQƏ! Zelenski və Putin MAYAMİDƏ Görüşəcək? – Budanov tarixi AÇIQLADI


Ukrayna üzrə sülh danışıqlarının növbəti raundunun 2026-cı ilin oktyabr ayında üçtərəfli formatda keçirilməsi planlaşdırılır.

aia.az xəbər verir ki, bunu Viktor Pinçuk Fondunun təşkil etdiyi "YES Annual Meeting 2026" konfransında Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov bildirib.

Jurnalistlərin suallarını cavablandıran Budanov "Hazırlaşırıq. Oktyabr ayına", - deyə qeyd edib.

Prezident Ofisinin rəhbəri söhbətin məhz üçtərəfli formatdan getdiyini təsdiqləyib. Lakin "RBC-Ukraine" müxbirinin görüşün Yaxın Şərqdə keçirilib-keçirilməyəcəyi ilə bağlı sualına cavab olaraq, ehtimal olunan görüşün yerini dəqiqləşdirməkdən imtina edib.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın başladığı müharibənin başa çatdırılması üzrə sülh danışıqlarında Kiyevin güclü mövqelərə malik olduğunu bəyan edib.

Onun sözlərinə görə, Kiyev beynəlxalq tərəfdaşlarından yeni "müsbət siqnal" da alıb.

Müharibənin dayandırılması ilə bağlı konkret qərarlar əldə etmək üçün Zelenski Mayamidə keçiriləcək G20 sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu da diqqətə çatdırıb.
Geri dön