Ana Sayfa > Dünya > Səudiyyə husilərə qarşı böyük əməliyyata HAZIRLAŞIR
Səudiyyə husilərə qarşı böyük əməliyyata HAZIRLAŞIRBu gün, 13:00. Yazar: vasif |
![]() Səudiyyə Ərəbistanı ABŞ-nin birbaşa iştirakı olmadan belə husilərə qarşı genişmiqyaslı hərbi əməliyyata başlaya biləcəyinə işarə edib. Bu barədə "ABC News"a amerikalı məmur məlumat verib. Ər-Riyad hələlik yekun qərar qəbul etməyib. Lakin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman cümə axşamı ABŞ prezidenti Donald Tramp ilə iki telefon danışığı zamanı Vaşinqtonu hərbi müdaxiləyə çağırıb. Hazırda Vaşinqton Səudiyyə Ərəbistanına kəşfiyyat məlumatları təqdim edir və hədəflərin müəyyənləşdirilməsində dəstək göstərir. Bununla belə, ABŞ Yəmən ərazisinə birbaşa zərbələr endirməyi planlaşdırmır. Geri dön |