Ana Sayfa > Siyasət / Manşet > "Əsəd qatildir, bir milyon insanı öldürüb" - Ərdoğan
"Əsəd qatildir, bir milyon insanı öldürüb" - Ərdoğan8-04-2017, 12:24. Yazar: admin |
“Məlum təşkilatlar artıq bizim və dünyanın bir çox ölkəsinin gözündə dürüstlüklərini itiriblər. Məsələn, qonşumuz, (red-Yunanıstan) batmış və tükənmiş halı ilə ortadadır. Avropaya 400 milyard avro borcu var. Bütün bunlara baxmayaraq, kredit dərəcələrini müəyyənləşdirən təşkilatlar buna belə bir qiymət verir ki, bizi keçir. Bu iş necə olur? Belə bir şey ola bilərmi? Sifarişlə nota verirlər. Türkiyənin bunlara ehtiyacı yoxdur” Bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Adanada bizensmenlərlə görüşü zamanı deyib. Ərdoğan əlavə edib ki, Türkiyə Suriya qaçqınlarının yerləşdirilməsi, ərzaq və yaşayış yeri ilə təminatına 25 mlyard dollar vəsait xərcləyib: “Avropa Birliyi bizə bir şey verdimi? Avropa Birliyinin bizə verdiyi cəmi 725 milyon dollardır. Bunlar dürüst deyil, elə Avropa Birliyinin naziri də buradadır. Söz verdilər ki, 3 milyard avro ödəyəcəyik . Təəssüf ki, ödəmədilər, rəqəm 725 milyon dollarda qalıb. Hətta daha sonra ikinci bir kredit - 3 milyard avro mövzusu oldu. Heç biri dürüst deyil. Bunların dünyası başqadır”. ABŞ-ın Suriyada yerləşən aviabazaya zərblər endirməsinə gəlincə Türkiyənin dövlət başçısı bildirib: “Amerika Birləşmiş Ştatlarının xlor qazından istifadə edən o qatil Əsədə qarşı atdığı ilk addım ona cavab idi. Amma yetərlidirmi bu? Deyil. Düşünürəm ki, bunun davamı lazımdır. Çünki 1 milyona yaxın insanı öldürən adam bunun əvəzini ödəməlidir”. AİA.az Geri dön |