Ana Sayfa > İdman / Manşet > Vasif Talıbov idmançı xanıma ev verdi

Vasif Talıbov idmançı xanıma ev verdi


8-04-2017, 12:23. Yazar: admin
Vasif Talıbov idmançı xanıma ev verdi



Naxçıvan Muxtar Respublikasının Ali Məclisində bədii gimnastika üzrə Azərbaycan Respublikasının idman ustası Humay Qafarovaya yeni mənzil təqdim olunub.

AzVision.az xəbər verir ki, idman ustasına mənzili Ali Məclisin sədri Vasif Talıbov hədiyyə edib.

Qeyd olunub ki, bədii gimnastikanın inkişafı və qızların bu idman növünə cəlbi sahəsindəki səmərəli fəaliyyəti nəzərə alınaraq, eləcə də yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə Humay Qafarovaya Naxçıvan şəhərində yeni mənzil təqdim olunur.

İdman ustası yeni mənzillə təmin olunduğuna görə Ali Məclisin Sədrinə təşəkkür edib. Sonra Ali Məclisin Sədri mənzilin orderini Humay Qafarovaya təqdim edib.

AİA.az
Geri dön