Ana Sayfa > Dünya > Husilər Yəmənin qərb sahilini nəzarətə götürüblər

Husilər Yəmənin qərb sahilini nəzarətə götürüblər


Bu gün, 16:04. Yazar: Subhan
Husilər Yəmənin qərb sahilini nəzarətə götürüblər

Yəmən husiləri ölkənin bütün qərb sahilini nəzarətə götürüblər.

Bu barədə aia.az "Al Jazeera" telekanalına istinadən xəbər verir.

Məlumata görə, husilər Qırmızı dənizin Yəmən sahilinin qalan hissəsini də tutublar, bu isə onların sahil zolağını tam nəzarətə götürmələrini təmin edib.

"Qırmızı dənizdəki əsas şəhər olan Moxanı ələ keçirən Yəmən husiləri bütün sahili nəzarətə götürüblər və dünyanın ən mühüm ticarət yollarından biri olan strateji əhəmiyyətli Bab-əl-Məndəb boğazı üzərində öz nəzarətlərini genişləndiriblər", - telekanalın müxbiri vurğulayıb.

aia.az
Geri dön