Ana Sayfa > İdman > Boykot çağırışları ilə üzləşən "Adidas" üzr istədi

Boykot çağırışları ilə üzləşən "Adidas" üzr istədi


Bu gün, 13:47. Yazar: Subhan
Boykot çağırışları ilə üzləşən "Adidas" üzr istədi

Almaniyanın idman geyimləri nəhəngi "Adidas" əzalarını itirən insanlar üçün kampaniyasında keçmiş İsrail əsgərini göstərdiyinə görə sərt reaksiya ilə üzləşib.

aia.az "NTV"yə istinaən xəbər verir ki,sərt reaksiyaya səbəb "Adidas" şirkətinin isarildə "Tək ayaqqabı" xidmətinin istifadəyə verilməsi olub. Bu xidmət insanlara yalnız ehtiyac duyduqları tək ayaqqabını almağa imkan verir.

2021-ci ildə İsrail ordusunda xidmət edərkən yaralanan və sol ayağı amputasiya edilən Şalev Bitonun kampaniyaya daxil edilməsi isə tənqidə səbəb olub. Fələstin tərəfdarı fəalları Qəzzada minlərlə fələstinlinin əl-ayağını itirdiyini qeyd edərək, öz etirazlarını bildiriblər və "Adidas" şirkətini boykot etməyə çağırıblar.

Sosial mediada artan reaksiyalardan sonra "Adidas" şirkəti üzrxahlıq edib.

"Yerli komandamızın bu yaxınlarda apardığı təbliğat kampaniyasında istifadə etdiyi bir görüntünün narahatlıqlara və güclü reaksiyalara səbəb olduğunun fərqindəyik. Məqsədimiz heç vaxt heç kimi incitmək deyildi. Təsirə məruz qalan hər kəsdən üzr istəyirik" - şirkətin açıqlamasında qeyd olunub.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) may ayında dərc etdiyi hesablamalara görə, 2023-cü ilin oktyabr ayından bəri Qəzzada travmatik xəsarətlər səbəbindən 5000-dən çox ətraf amputasiyası həyata keçirilib. Eyni dövrdə 22 mindən çox ciddi qol və ayaq xəsarəti qeydə alınıb. Bu insanların təxminən dörddə birinin uşaqlar olduğu təxmin olunur.

aia.az
Geri dön