Ana Sayfa > Ölkə > ADY bu il neçə sərnişin daşıyıb?
ADY bu il neçə sərnişin daşıyıb?Bu gün, 12:16. Yazar: Subhan |
![]() “Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin yanvar-avqust aylarında 7,3 milyondan çox sərnişin daşıyıb. aia.az xəbər verir ki, bununla bağlı ADY məlumat yayıb. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 6.9 milyon (17% artım), rayonlararası marşrutlarla 396 min (15% artım), beynəlxalq Bakı-Tbilisi-Bakı marşrutu ilə isə 53 min sərnişin səfər edib. Bu ilin avqust ayında ümumi sərnişindaşımada (913 568) 24% artım qeydə alınıb. aia.az Geri dön |