Ana Sayfa > Özəl > Rusiyanın məktəblərində müəllim böhranı dərinləşir: Hər iki pedaqoqdan biri 50 yaş həddinə yaxınlaşıb
Rusiyanın məktəblərində müəllim böhranı dərinləşir: Hər iki pedaqoqdan biri 50 yaş həddinə yaxınlaşıbDünən, 23:00. Yazar: vasif |
![]() Rusiyada məktəblərin üzləşdiyi əsas problemlərdən biri müəllim heyətinin sürətlə yaşlanması və gənc pedaqoqların sayının az olmasıdır. Araşdırmanın nəticələrinə görə, ölkədə məktəb müəllimlərinin təxminən 45 faizi 50 yaşdan yuxarıdır. Gənc müəllimlərin göstəricisi isə xeyli aşağıdır. Yaşı 30-dan az olan pedaqoqlar bütün müəllim heyətinin cəmi 15 faizini təşkil edir. Bu nisbət yaxın illərdə təcrübəli müəllimlərin yerini dolduracaq yeni kadrların tapılması ilə bağlı ciddi çətinliklərin yarana biləcəyini göstərir. Statistikada başqa bir diqqətçəkən dəyişiklik pensiya yaşına yaxın və pensiya yaşında olan müəllimlərlə bağlıdır. 2010-cu ildə onların payı 18 faiz təşkil edirdisə, 2024-cü ildə göstərici 29 faizə yüksəlib. Xabarovskda çalışan müəllimlərdən biri də məktəblərdə kadr çatışmazlığının artıq ciddi şəkildə hiss edildiyini bildirib. Onun sözlərinə görə, gənclərin müəllimlik peşəsinə marağı kifayət qədər deyil və yaşlı pedaqoqları əvəz edəcək kadr tapmaq getdikcə çətinləşir. Mövcud tendensiya davam edərsə, Rusiya məktəbləri qarşıdakı illərdə təkcə müəllim çatışmazlığı ilə deyil, nəsil dəyişikliyinin təmin edilməsi problemi ilə də üzləşə bilər. Geri dön |