Ana Sayfa > Ölkə > Bu qədər uşaq nikahdankənar doğulub

Bu qədər uşaq nikahdankənar doğulub


Bu gün, 18:00. Yazar: Subhan
Bu qədər uşaq nikahdankənar doğulub

2025-ci ildə Azərbaycanda nikahdankənar doğulan uşaqların statistikası açıqlanıb.

aia.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin demoqrafik göstəricilərlə bağlı açıqladığı illik hesabatda öz əksini tapıb.

Belə ki, ötən il ölkə üzrə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 11 min 626 nəfər olub. Bunlardan 4999 nəfəri şəhər, 7027 nəfəri isə kənd yerlərində doğulub. Bu uşaqların 8499-u 15-29 yaş aralığında olan qadınlar tərəfindən dünyaya gətirilib.

Bakı şəhərində ötən il nikahdankənar doğulan uşaqların sayı 1258 nəfər təşkil edib.

Qeyd edək ki, ötən il nikahdankənar doğulan uşaqların sayında azalma müşahidə olunur. Belə ki, ötən il 11 min 626 nikahdankənar uşaq doğulmuşdusa, 2024-cü ildə 13 min 228, 2023-cü ildə 15 min 622, 2022-ci ildə isə 18 min 814 uşaq doğulub.

aia.az
Geri dön