Ana Sayfa > Siyasət > YAP Azərbaycan cəmiyyətinin bütün təbəqələrini birləşdirən ümumxalq partiyasıdır.

YAP Azərbaycan cəmiyyətinin bütün təbəqələrini birləşdirən ümumxalq partiyasıdır.


Bu gün, 17:42. Yazar: azer
YAP Azərbaycan cəmiyyətinin bütün təbəqələrini birləşdirən ümumxalq partiyasıdır.

Sentyabrın 10-da Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının XII konfransı keçirilib.
Konfrans iştirakçıları əvvəlcə müasir, müstəqil Azərbaycanın memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev hesabat məruzəsi ilə çıxış edib. Hesabat məruzəsində Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan, Ümummilli Lider Heydər Əliyevin siyasi irsindən, partiyanın ölkənin ictimai-siyasi həyatında tutduğu mühüm mövqedən bəhs olunub. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. O bildirib ki, 2021-ci il martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayından ötən dövr ərzində partiyanın fəaliyyətində yeni mərhələ başlanıb, təşkilati işin daha da təkmilləşdirilməsi və ərazi partiya təşkilatlarının fəaliyyətinin səmərəli qurulması istiqamətində mühüm addımlar atılıb. Yeni çağırışlar nəzərə alınmaqla YAP Gədəbəy rayon təşkilatının fəaliyyəti də ardıcıl və məqsədyönlü şəkildə təşkil edilib. Qeyd edilib ki, rayon təşkilatının fəaliyyətində daha çevik təşkilati yanaşmaların tətbiqi, gənclərin və qadınların ictimai-siyasi fəallığının artırılması, eləcə də ərazi partiya təşkilatları ilə işin və siyasi maarifləndirmənin sistemli şəkildə aparılması diqqət mərkəzində saxlanılıb.
Çıxış edən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı sələhiyyətlərini icra edən Natiq Nağıyev Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolundan danışıb. O, Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərdən, ölkədə aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərindən, regionların sosial-iqtisadi inkişafından bəhs edib. N.Nağıyev YAP Gədəbəy rayon təşkilatının rayonun ictimai həyatında fəal iştirak etdiyini bildirərək, təşkilatın gələcək fəaliyyətinə uğurlar arzulayıb.
Konfransda çıxış edən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının sədri Sevinc Hüseynova bildirib ki, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır”. Onun sözlərinə görə, fəaliyyət göstərdiyi illər ərzində Yeni Azərbaycan Partiyası öz Proqram və Nizamnaməsində nəzərdə tutulan vəzifələri layiqincə yerinə yetirib və yetirməkdədir. Bu baxımdan, VII qurultayda qəbul olunmuş qərarlar, partiyamızın Sədri, Prezident İlham Əliyevin qurultayda verdiyi tövsiyə və tapşırıqlar hər bir partiya üzvü üçün yeni vəzifələr müəyyənləşdirib.
Konfransda çıxış edən Çobankənd kənd ərazi partiya təşkilatının sədri İlqar Abdullayev Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında fəal rolunu, partiyanın qarşıya qoyduğu məqsəd və vəzifələrin həyata keçirilməsində ərazi partiya təşkilatlarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
Gədəbəy rayonu Zəhmətkənd kənd tam orta ümumtəhsil məktəbinin direktor müavini Murad Bayramov çıxışında Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında mühüm rolu, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi misilsiz nailiyyətlər, ölkəmizdə həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri və yeni dövrün hədəfləri barədə ətraflı məlumat verib.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Araz Salmanov çıxışında Yeni Azərbaycan Partiyasının Gədəbəy rayon təşkilatının hesabat dövründə həyata keçirdiyi işlərin əhəmiyyətini vurğulayıb. A.Slmanov qarşıdakı dövrdə təşkilati fəaliyyətin daha da gücləndirilməsi, partiya üzvlərinin fəallığının artırılması və gənclərlə işin genişləndirilməsinin vacibliyini bildirib.
Konfransda YAP Gədəbəy rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Geri dön