Ana Sayfa > İdman > Hakimləri təhqir edən futbolçu cəzalandırıldı
Hakimləri təhqir edən futbolçu cəzalandırıldıBu gün, 17:02. Yazar: Subhan |
![]() 2-ci Liqada çıxış edən “Difai”nin futbolçusu Emil Binyətzadə 4 oyunluq cəza alıb. aia.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb. Oyunçu 2-ci turda, “Marafon”la matçın 90+4-cü dəqiqəsində qeyri-etik ifadə və hərəkətə yol verdiyi üçün qırmzıı vərəqə alıb. O, daha sonra hakimləri təhqir etdiyi üçün 4 matçlıq cəza ilə üzləşib. “Difai”yə isə 1000 manat cərimə kəsilib. Bundan əlavə, onun komanda yoldaşı Fəzail Şirxanzadə 83-cü dəqiqədə ikinci sarı vərəqəni aldığı üçün meydandan qovulub və 1 matç cəza alıb. Klub isə 50 manat ödəməli olacaq. aia.az Geri dön |