Ana Sayfa > Karusel / İqtisadiyyat > SOCAR-ın prezidenti “CC7”nin İdarə Heyətinin sədri ilə görüşüb
SOCAR-ın prezidenti “CC7”nin İdarə Heyətinin sədri ilə görüşübBu gün, 13:23. Yazar: azer |
![]() 10 sentyabr 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf “Çin Milli Kimya Mühəndisliyi və Tikinti Korporasiyasının (CC7) İdarə Heyətinin sədri Lunq Xayyanq, eləcə də Çin İnkişaf Bankının və Çin Beynəlxalq Mədəniyyət Mübadiləsi Mərkəzində Beynəlxalq Enerji İqtisadiyyatı İnstitutunun nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan ilə Çin arasında müxtəlif sahələrdə, o cümlədən enerji və investisiya qoyuluşu istiqamətində inkişaf edən strateji tərəfdaşlıq münasibətlərinin SOCAR ilə Çin şirkətləri və maliyyə institutları arasında əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaratdığı qeyd olunub. Söhbət zamanı qonaqlara SOCAR-ın inkişaf strategiyası, həyata keçirdiyi və perspektivdə nəzərdə tutulan enerji layihələri barədə məlumat verilib. Görüşdə tərəflər enerji sektorunun müxtəlif sahələrində, o cümlədən emal və neft-kimya, istehsal müəssisələrinin modernləşdirilməsi, həmçinin yaşıl enerji layihələrinin inkişafı, innovasiya və rəqəmsallaşma üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Geri dön |