Ana Sayfa > Karusel / Dünya > Ukrayna yeni zenit raketini Polşada təqdim etdi
Ukrayna yeni zenit raketini Polşada təqdim etdiBu gün, 09:20. Yazar: Subhan |
![]() Ukraynanın “Luç” Konstruktor Bürosu Polşada keçirilən “MSPO 2026” beynəlxalq müdafiə sənayesi sərgisində yeni “RK-2P3” idarəolunan zenit raketini (ZUR) nümayiş etdirib. aia.az xəbər verir ki, müəssisənin stendində raketin tam ölçülü maketi təqdim olunsa da, onun texniki göstəriciləri açıqlanmayıb. Məlumata görə, “RK-2P3” raketi “Stugna-P” tankəleyhinə raket kompleksinin bazasında hazırlanıb. 130 millimetrlik kalibrə malik döyüş sursatı hədəfə lazer şüası vasitəsilə tuşlanır. Yeni raketlər Ukraynanın “Rif” zenit-raket kompleksinin cəbbəxanasına daxildir. aia.az Geri dön |