Ana Sayfa > Ölkə > Bu teatrlar nazirliyin tabeliyinə keçdi

Bu teatrlar nazirliyin tabeliyinə keçdi


Bu gün, 19:05. Yazar: vasif
Bu teatrlar nazirliyin tabeliyinə keçdi


Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan “Yaşıl Teatr” Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

“aia.az” xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb.

İqtisadiyyat və Mədəniyyət nazirlikləri və Bakı Şəhər İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll etməlidirlər.

Xatırladaq ki, cari il iyunun 10-da Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında fərman imzalayıb. Nazirlər Kabinetinin bugünkü Qərarı həmin Fərmanın icrası ilə əlqədardır.
Geri dön