Ana Sayfa > Özəl > Xarkovda sərnişin qatarına PUA zərbəsi: Yaralılar var
Xarkovda sərnişin qatarına PUA zərbəsi: Yaralılar varBu gün, 13:31. Yazar: vasif |
![]() Xarkov vilayətində sərnişin qatarına pilotsuz uçuş aparatı ilə zərbə endirildiyi bildirilir. Ukraynanın regional hakimiyyət orqanlarının məlumatına görə, hücum nəticəsində azı 6 mülki şəxs yaralanıb. Hadisə İskra kəndi yaxınlığındakı dəmir yolu stansiyasında baş verib. İlkin məlumatlara əsasən, reaktiv PUA “Xarkov–İzyum” marşrutu üzrə hərəkət edən sərnişin qatarının arxa hissəsinə çırpılıb. Zərbədən sonra qatarda güclü yanğın başlayıb. Müxtəlif dərəcəli xəsarətlər alan 6 nəfərə tibbi yardım göstərildiyi bildirilir. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub. Ərazidə zərbənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Ukrayna tərəfi hücumu Rusiya qüvvələrinin həyata keçirdiyini bildirir. Hadisənin bütün detalları və istifadə olunan PUA-nın dəqiq növü ilə bağlı məlumatların müstəqil təsdiqi barədə hələlik açıqlama yoxdur. Geri dön |