Ana Sayfa > Siyasət / Karusel > Putin təcili iclas çağırdı - Gərgin Suriya müzakirəsi

Putin təcili iclas çağırdı - Gərgin Suriya müzakirəsi


7-04-2017, 16:01. Yazar: admin
Putin təcili iclas çağırdı - Gərgin Suriya müzakirəsi



Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını çağırıb.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, iclasın çağırılmasına səbəb ABŞ-ın Homs vilayətindəki Şayrat aviabazasına raket zərbələri endirməsi olub.

Məlumata əsasən Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Suriyadakı vəziyyəti müzakirə edib.

Faktı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib. İclasın detalları dəqiq açıqlanmayıb.

Qeyd edək ki, ABŞ-ın Aralıq dənizi akvatoriyasında dislokasiya olunmuş “Ross” və “Porter” esmineslərindən Suriyanın “Şayrat” hərbi bazasına endirilən raket zərbələri nəticəsində azı 15 döyüş təyyarəsi məhv edilib.

AİA.az
Geri dön