Ana Sayfa > Ölkə > “WhatsApp” bu telefonlarda artıq işləməyəcək
“WhatsApp” bu telefonlarda artıq işləməyəcəkBu gün, 07:46. Yazar: Subhan |
![]() Meta şirkəti "WhatsApp"ın ən son təhlükəsizlik standartlarını qorumaq məqsədilə bəzi köhnə Android və "iPhone" modellərinə dəstəyi dayandırır. aia.az lent.az-a istinadla xəbər verir ki, şirkətin yenilədiyi minimum sistem tələblərinə əsasən, 8 sentyabr 2026-cı ildən Android 6-dan aşağı versiyalarda, 30 noyabr 2026-cı ildən isə iOS 15.5-dən əvvəlki versiyalarda "WhatsApp" dəstəklənməyəcək. "iPhone" istifadəçiləri üçün bunun ciddi problem yaratması gözlənilmir. Çünki iOS 15.1-i dəstəkləyən bütün cihazları iOS 15.5 və ya daha yeni versiyaya yeniləmək mümkündür. Android cihazlarda isə minimum tələb Android 5.0 "Lollipop"dan Android 6.0 "Marshmallow"a yüksəldilir. Bu yeniləməni qəbul edə bilməyən köhnə cihazların sahibləri "WhatsApp"dan istifadəni davam etdirmək üçün yeni telefona keçməli olacaqlar. "WhatsApp" dəstəyini itirəcək modellər arasında aşağıdakılar göstərilir: Samsung Galaxy S4 Samsung Galaxy Note 3 Samsung Galaxy Grand Prime Samsung Galaxy Alpha Samsung Galaxy E5 Samsung Galaxy E7 HTC One Max HTC Desire 820 HTC Desire 626 Sony Xperia Z Sony Xperia ZR Sony Xperia SP LG G2 Asus ZenFone 4 Asus ZenFone 5 Asus ZenFone 6 Xiaomi Mi 4i Xiaomi Redmi Note 2 Huawei Ascend P7 Huawei Mate 7 Huawei G7 aia.az Geri dön |