Ana Sayfa > Karusel / Dünya > İsrail ordusunda xüsusi bölmə yaradılır
İsrail ordusunda xüsusi bölmə yaradılırBu gün, 07:22. Yazar: Subhan |
![]() Süni intellektlə işləyən pilotsuz sistemlər və avadanlıqlar İsrail ordusunun yeni bir qolunun əsasını təşkil edəcək. aia.az xəbər verir ki, bu barədə İsrail Ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir bildirib. "Ötən həftə — tarixi bir hadisə... Mən İsrail Müdafiə Qüvvələrinin yeni bir qolunun — sürətlə inkişaf edən bu sahəyə cavabdeh olacaq Pilotsuz Sistemlər və Süni İntellekt Qüvvələrinin yaradılmasına yekun təsdiq verdim. Bu qərar tezliklə tətbiq olunacaq", - deyə o bildirib. Zamirin sözlərinə görə, ordunun bu qolu dənizdə, quruda və havada yerləşdirilən robot sistemlərindən məsul olacaq. aia.az Geri dön |