Ana Sayfa > Ölkə > Balaxanıda obyektdə yanğın olub

Balaxanıda obyektdə yanğın olub


Bu gün, 20:39. Yazar: vasif
Balaxanıda obyektdə yanğın olub


Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində obyektdə yanğın baş verib.

“aia.az” xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

Hadisə zamanı xəsarət alan olmayıb.

***

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğın tam söndürülüb.


Geri dön