Ana Sayfa > Ölkə > Azərbaycandan qurban əti apardı, müsadirə edildi - Video

Azərbaycandan qurban əti apardı, müsadirə edildi - Video


Bu gün, 21:31. Yazar: vasif
Azərbaycandan qurban əti apardı, müsadirə edildi - Video


Türkiyədə hava limanında azərbaycanlı qadının baqajından qurban əti çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DMAX telekanalında yayımlanan “Gümrük Muhafaza Türkiye” verilişində kadrlar təqdim olunub.

Görüntülərdə İstanbul Hava Limanında sənədləri və çantası yoxlanılan azərbaycanlı qadının baqajından ət məhsulu aşkarlanır. Qadın bunun anasının ona verdiyi qurban əti hədiyyəsi olduğunu bildirərək götürülməməsini xahiş edib.Lakin gömrük əməkdaşları qaydalara uyğun olaraq əti müsadirə edib, sənədləşmədən sonra qadının digər şəxsi əşyaları özünə qaytarılıb.

Həmin görüntüləri təqdim edirik:

Geri dön