Ana Sayfa > Özəl > Trampdan seçkiyə aylar qalmış sərt mesaj: Demokratları təhqir edib qələbə vəd etdi

Trampdan seçkiyə aylar qalmış sərt mesaj: Demokratları təhqir edib qələbə vəd etdi


Bu gün, 21:00. Yazar: vasif
Trampdan seçkiyə aylar qalmış sərt mesaj: Demokratları təhqir edib qələbə vəd etdi



ABŞ Prezidenti Donald Tramp Əmək Günü münasibətilə amerikalı işçilərə ünvanladığı paylaşımı qarşıdan gələn aralıq seçkilərlə bağlı sərt siyasi mesaja çevirib.
Truth Social hesabında paylaşım edən Tramp Respublikaçılar Partiyasının seçkilərdə böyük üstünlüklə qalib gələcəyini iddia edib. O, siyasi rəqiblərinə qarşı kəskin ifadələr işlədərək demokratları “axmaq”, digər opponentlərini isə “kommunistlər” adlandırıb.
ABŞ Prezidenti rəqiblərinin ölkəyə zərər verməyə çalışdığını irəli sürərək respublikaçıların buna imkan verməyəcəyini bildirib.
“Biz aralıq seçkilərdə böyük fərqlə qalib gələcəyik və Amerikanı xilas edəcəyik”, – deyə Tramp bəyan edib.
Beləliklə, işçilərə bayram təbriki kimi başlayan paylaşım qısa müddətdə seçki kampaniyasının sərt ritorikasına çevrilib. Trampın açıqlaması ABŞ-da aralıq seçkilər yaxınlaşdıqca hakimiyyət və müxalifət arasında siyasi mübarizənin daha da kəskinləşəcəyinin növbəti göstəricisi kimi diqqət çəkir.
Geri dön