Ana Sayfa > Karusel / Şou-biznes > Aparıcı Elgiz efirə qayıtdı -
Aparıcı Elgiz efirə qayıtdı -Bu gün, 07:20. Yazar: Subhan |
![]() ARB TV ilə yollarını ayıran aparıcı Elgiz Əkbər yeni layihəsini yutubda təqdim edib. aia.az xəbər verir ki, “Şadlıq olsun” adlı proqram bu gündən yayıma başlayıb. Elgiz bildirib ki, sosial mövzulu layihə çərçivəsində ehtiyacı olan, evlənmək istəyən insanlara yardım göstəriləcək. Aparıcı yeni proqramı ilə sosial problemlərə diqqət çəkməyi və imkan daxilində insanlara dəstək olmağı qarşısına məqsəd qoyduğunu deyib. "Qeyri-etik insanların burada yeri olmayacaq. İnsanları reytinq xatirinə qıcıqlandırmaq istəmirik. Televiziya başqa bir cəmiyyətdir. Bəzilərimiz bu məsələlərdən sui istifadə etdik", - deyə Elgiz söyləyib. aia.az Geri dön |