Ana Sayfa > Dünya / Manşet > ABŞ İran yaxınlığında 230-dan çox döyüş təyyarəsi saxlayır

ABŞ İran yaxınlığında 230-dan çox döyüş təyyarəsi saxlayır


Bu gün, 07:19. Yazar: Subhan
ABŞ İran yaxınlığında 230-dan çox döyüş təyyarəsi saxlayır

ABŞ aviasiya bölmələrinin rotasiyasına baxmayaraq, İran yaxınlığında Yaxın Şərqdəki bazalarda və regionda yerləşən gəmilərdə 230-dan çox qırıcı və hücum təyyarəsi saxlayır.

aia.az xəbər verir ki, bu barədə Military Air Tracking Alliance (MATA) aviasiya resursunun və "Itamilradar" portalının məlumatlarında bildirilir.

"Itamilradar"ın məlumatına görə, son iki həftə ərzində ABŞ rotasiya çərçivəsində Yaxın Şərqdəki bəzi qırıcı eskadrilyaları dəyişir. Lakin bununla belə, regiondakı döyüş təyyarələrinin ümumi sayı azalmır.

ABŞ-ın taktiki aviasiyası əsasən İordaniyada yerləşir. Həmçinin İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində də Amerika hərbi təyyarələri bazalaşdırılıb.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının Yaxın Şərqdəki bazalarında təxminən 208 qırıcı, o cümlədən 65 ədəd F-35A/C, 64 F-15E, 61 F-16C, 12 F/A-18C/D və altı EA-18G, həmçinin 30 ədəd A-10 hücum təyyarəsi var.

Bundan əlavə, İrandan cənub-şərqdə, Ərəbistan dənizində döyüş növbəsində olan iki təyyarədaşıyan gəmidə və böyük desant gəmisində F/A-18 və F-35 də daxil olmaqla 110-dan çox qırıcı yerləşdirilib.

aia.az
Geri dön