Ana Sayfa > Ölkə > Şamaxı və Şahdağa dolu düşüb
Şamaxı və Şahdağa dolu düşübBu gün, 17:27. Yazar: Subhan |
![]() Azərbaycanın bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir, yağıntılar ayı-ayrı yerlərdə leysan xarakterlidir. aia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 7-si saat 16:30-a olan məlumatında qeyd edilib. Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Tərtərdə, eləcə də Bakıda və Abşeron yarımadasında 25, Zaqatalada 23, Neftçala, Göyçay, Salyanda 20, Şəki, Zərdabda 18, Şirvanda 17, Yevlax, Şahdağ, Göygöldə 15 m/s-yə çatır. Saat 16:05-16:12 radələrində Şahdağa diametri 3 mm, saat 16:15-16:19 radələrində isə Şamaxı rayonu Çuxuryurd və Məlhəm kəndləri ərazisinə diametri 0.5 mm olan dolu düşüb. Gəncə, Balakən, Bərdə, Qrız, Quba, Şamaxı, Şirvan, Zaqatalada yağış yağır, şimşək çaxır. aia.az Geri dön |