Ana Sayfa > Karusel / Ölkə > Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı...

Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı...


Bu gün, 16:24. Yazar: Subhan
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı...

Sentyabrın 4-də Şahbuz rayonunda baş verən dəhşətli avtomobil qəzasında həyatını itirən Pərvin Şıxəliyev əsgərlikdən yenicə qayıtmışdı.

aia.az xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, qarşıda onu həyatının ən gözəl günlərindən biri, nişanı gözləyirdi: "Amma qurduğu bütün xəyallar bir qəza ilə yarımçıq qaldı".

E.İslamoğlu qeyd edib ki, Pərvinin bacısı da həmin qəza zamanı avtomobildə olub: "Ağır yaralı vəziyyətdə xəstəxanada müalicə olunur".

aia.az
Geri dön