Ana Sayfa > Siyasət / Parlament > Vüqar Bayramov beynəlxalq tədbirdə iştirak edəcək
Vüqar Bayramov beynəlxalq tədbirdə iştirak edəcəkBu gün, 14:50. Yazar: azer |
![]() Milli Məclisin deputatı Vüqar Bayramov Qlobal Ticarət və İnnovasiya Siyasəti Alyansının (GTIPA) illik zirvə toplantısında iştirak etmək məqsədilə sentyabrın 8-də Polşanın Varşava şəhərinə səfər edəcək. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Tədbir çərçivəsində müasir iqtisadiyyatın və beynəlxalq əməkdaşlığın əsas çətinlikləri ətrafında müzakirələr aparılacaq. Deputatımızın tədbirdə “ Azərbaycanda rəqəmsal inkişaf və süni intellekt: Hədəflər və perspektivlər” mövzusunda çıxışı nəzərdə tutulub. Səfər sentyabrın 14-də başa çatacaq. Geri dön |