Ana Sayfa > Ölkə / Karusel > Bu ay 8 gün iş olmayacaq

Bu ay 8 gün iş olmayacaq


Bu gün, 11:35. Yazar: Subhan
Bu ay 8 gün iş olmayacaq

Sentyabr ayında Azərbaycanda vətəndaşlar ümumilikdə 8 gün istirahət edəcəklər.

aia.az xəbər verir ki, ay ərzində qeyri-iş günləri yalnız şənbə və bazar günlərinə təsadüf edir. Bu səbəbdən sentyabrda əlavə bayram və ya digər rəsmi istirahət günü nəzərdə tutulmayıb.

Beləliklə, sentyabr ayında ümumilikdə 22 iş günü olacaq, 8 gün isə həftəsonu ilə əlaqədar qeyri-iş günü hesab ediləcək.

Qeyd edək ki, sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunur. Lakin bu tarix qanunvericiliyə əsasən iş günü hesab edilir.

aia.az
Geri dön