Ana Sayfa > Karusel / Ölkə > BDYPİ-dən sürücülərə və piyadalara
BDYPİ-dən sürücülərə və piyadalaraBu gün, 11:25. Yazar: Subhan |
![]() Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Bununla əlaqədar küçə və prospektlərdə, xüsusilə məktəb, bağça və digər təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat və piyada sıxlığının artacağı gözlənilir. aia.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadavurma hallarının qarşısının alınması və xüsusilə uşaqların yol təhlükəsizliyinin qorunması məqsədilə hərəkət iştirakçılarına müraciət edib. BDYPİ sürücüləri təhsil müəssisələrinin, parkların və uşaqların daha çox hərəkət etdiyi digər ərazilərin yaxınlığında sürət həddini yol və hava şəraitinə uyğun azaltmağa çağırıb. Qeyd olunub ki, sürücülər piyada keçidlərinə yaxınlaşarkən daha diqqətli olmalı, qəfil yola çıxa biləcək uşaqları nəzərə alaraq hər an avtomobili saxlamağa hazır vəziyyətdə olmalıdırlar. Valideynlərə də övladlarını yol hərəkəti qaydaları barədə mütəmadi məlumatlandırmaq tövsiyə edilib. Azyaşlı uşaqlar nəzarətsiz buraxılmamalı, onlara yolu yalnız müəyyən edilmiş piyada keçidlərindən və təhlükəsiz yerlərdən keçmək öyrədilməlidir. İdarə valideynlərin öz davranışları ilə uşaqlara nümunə olmalarının da vacibliyini vurğulayıb. Eyni zamanda, piyadalar yolu keçərkən mobil telefondan və diqqəti yayındıran digər vasitələrdən istifadə etməməli, qəfil avtomobil yoluna çıxmamalı və sürücünün onları gördüyünə əmin olduqdan sonra hərəkət etməlidirlər. BDYPİ bildirib ki, piyadavurma hallarının azaldılması yalnız nəzarət tədbirləri ilə deyil, hər bir sürücünün, piyadanın və valideynin məsuliyyətli davranışı ilə mümkündür. “Piyada təhlükəsizliyi hər birimizin məsuliyyətidir”, - deyə İdarənin çağırışında vurğulanıb. aia.az Geri dön |