Ana Sayfa > Manşet / Siyasət / Parlament > Sahibə Qafarovanın Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri başlayıb

Sahibə Qafarovanın Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri başlayıb


Bu gün, 19:08. Yazar: azer
Sahibə Qafarovanın Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri başlayıb

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə gəlib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nyu-York beynəlxalq hava limanında nümayəndə heyətini Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi Tofiq Musayev və digər rəsmi şəxslər qarşılayıblar.
Geri dön