Ana Sayfa > Manşet / Özəl > Milli Məclisin deputatı Azər Badamov növbəti vətəndaş qəbulu keçirib
Milli Məclisin deputatı Azər Badamov növbəti vətəndaş qəbulu keçiribBu gün, 12:05. Yazar: azer |
![]() Milli Məclisin deputatı Azər Badamov 05.09.2026 tarixində Qusarda növbəti vətəndaş qəbulu keçirib aia.az xəbər verir ki, bu barədə məlumat deputatın sosial şəbəkə hesabında paylaşılıb. Milli Məclisin deputatı Azər Badamov bildirib ki: "Qusarda əvvəlcədən müəyyən edilmiş qrafikə uyğun olaraq seçicilərlə növbəti qəbulumuzu keçirdik. Görüş zamanı vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı müraciətlər səsləndirildi. Hər bir müraciəti diqqətlə dinlədik və məsələlərin xarakterindən asılı olaraq müvafiq addımlar atdıq. Bir sıra məsələlərlə bağlı yerindəcə aidiyyəti qurumların rəhbərləri ilə əlaqə saxlanılaraq həlli istiqamətində müvafiq tədbirlərin görülməsi üçün müraciətlər çatdırıldı. Digər məsələlər isə ətraflı araşdırılması və aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına təqdim olunması üçün qeydiyyata alındı. Vətəndaşlarımızın müraciətlərini daim diqqətdə saxlayır, onların qaldırdıqları məsələlərin deputatın səlahiyyətləri çərçivəsində həllinə mümkün dəstəyi göstəririk. Seçicilərlə birbaşa ünsiyyət və onların problemlərinin yerindəcə dinlənilməsi fəaliyyətimizin əsas istiqamətlərindən biridir." Geri dön |