Ana Sayfa > Şou-biznes > Aygün Kazımovanın 37 il əvvəlki videosu yayıldı – heyrətamiz görüntülər, maraqlı açıqlamalar
Aygün Kazımovanın 37 il əvvəlki videosu yayıldı – heyrətamiz görüntülər, maraqlı açıqlamalarBu gün, 09:00. Yazar: vasif |
![]() Xalq artisti Aygün Kazımovanın 37 il əvvəl çəkilmiş nadir videogörüntüləri yayılıb. Musavat.com xəbər verir ki, 1989-cu ilə aid kadrlarda gələcəyin pop ulduzu hələ texnikomun birinci kursunda təhsil alan gənc qız kimi tamaşaçıların qarşısına çıxır. Aygün Kazımova “Dalğa” verilişinin müəllifi və aparıcısı İlqar Əlfioğu ilə müsahibəsində Nadejda Krupskaya adına Mədəni-Maarif Texnikomunun birinci kurs tələbəsi olduğunu bildirir, həyatı və gələcək arzuları barədə danışır. Sovet İttifaqında yenidənqurma dövrünün Azərbaycan televiziyasındakı ən diqqətçəkən layihələrindən sayılan “Dalğa” verilişində lentə alınmış müsahibə həm dövrün ab-havasını, həm də Aygün Kazımovanın illər ərzində keçdiyi böyük dəyişimi göstərməsi baxımından maraq doğurur. Bugünkü Aygün Kazımova ilə müqayisədə heyrətamiz görünən həmin nadir müsahibəni Musavat.com videoformatda təqdim edir. Geri dön |