Ana Sayfa > İdman > “Beşiktaş” derbidə “Fənərbaxça”nı məğlub etdi
“Beşiktaş” derbidə “Fənərbaxça”nı məğlub etdiBu gün, 00:17. Yazar: vasif |
![]() Türkiyə Super Liqasında mövsümün ilk derbisi Kadıköydə baş tutub. “aia.az” xəbər verir ki, “Beşiktaş” səfərdə “Fənərbaxça”nı 2:1 hesabı ilə məğlub edib. Matçda hesabı 26-cı dəqiqədə “Fənərbaxça”nın müdafiəçisi Milan Skriniar açıb. “Beşiktaş” 37-ci dəqiqədə Rıdvan Yılmazın qolu ilə hesabı bərabərləşdirib. İlk hissə 1:1 hesabı ilə başa çatıb. İkinci hissədə tərəflər arasında gərginlik də yaşanıb. 52-ci dəqiqədə Duşan Vlahoviç və Milan Skriniar mübahisəyə görə sarı vərəqə alıblar. “Beşiktaş”ın qələbə qolunu Duşan Vlahoviç vurub və klub derbidən qalib ayrılıb. Geri dön |