Ana Sayfa > Dünya > Tehrandan Vaşinqtona ağır zərbə planı: İran ABŞ bazalarını və Hörmüz boğazını vurmağa hazırlaşır
Tehrandan Vaşinqtona ağır zərbə planı: İran ABŞ bazalarını və Hörmüz boğazını vurmağa hazırlaşırBu gün, 14:41. Yazar: vasif |
![]() ABŞ kəşfiyyatı İranın Yaxın Şərqdəki hədəflərə zərbələr endirmək imkanlarına inamının artdığı və münaqişəni davam etdirmək niyyətində olduğu barədə məlumatlar əldə edib. aia.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb. Qəzet yazır ki, Tehran regionda vəziyyəti kəskin şəkildə gərginləşdirmək variantını nəzərdən keçirə bilər. Amerikalı rəsmilərin bildirdiyinə görə, mövcud şəraitdə hərbi münaqişənin dayandırılmasına nail olmaq son dərəcə çətindir. Mənbələr qeyd edir ki, İran Birləşmiş Ştatlar ilə hər hansı saziş bağlamağa hazır deyil və əksinə, ABŞ-də keçiriləcək aralıq seçkiləri ərəfəsində Prezident Donald Trampın siyasi problemlərini daha da dərinləşdirməyi hədəfləyir. Məlumata görə, yaxın həftələrdə İranın Yaxın Şərqdəki ABŞ hərbi bazalarına yeni hücumlar təşkil edəcəyi və Hürmüz boğazındakı gəmilərə kütləvi zərbələr endirəcəyi gözlənilir. Geri dön |