Ana Sayfa > Ölkə > Bu ərazilərdə işıq olmayacaq
Bu ərazilərdə işıq olmayacaqDünən, 23:23. Yazar: vasif |
![]() Sentyabrın 5-də Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən 110/35/10 kV-luq “Masazır” yarımstansiyasında yenidənqurma işləri aparılacaq. “aia.az” xəbər verir ki, gecə saat 01:00-dan 03:00-dək Masazır qəsəbəsində yerləşən Heydər Əliyev, Zərifə Əliyeva, Rafiq Dünyamalıyev, Əliağa Vahid küçələri, “Qurtuluş”, “Baxçalı şəhər”, “Rahat nəfəs” yaşayış kompleksləri, “Zəngilan” şəhərciyinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq. Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar. Geri dön |