Ana Sayfa > Ölkə > "Volkswagen"də 50 000 iş yeri ixtisar olacaq

"Volkswagen"də 50 000 iş yeri ixtisar olacaq


Bu gün, 14:43. Yazar: Subhan
"Volkswagen"də 50 000 iş yeri ixtisar olacaq

"Volkswagen" Direktorlar Şurası Almaniyanın dörd zavodunda 50 000-ə qədər iş yerinin ixtisar edilməsini və avtomobil istehsalının dayandırılmasını əhatə edən sadələşdirmə proqramını təsdiqləyib.

aia.az "Associated Press"ə istinadən xəbər verir ki, qərar Çin istehsalçılarının təzyiqi və ABŞ-nin tarif siyasətinin nəticələri qarşısında rəqabət qabiliyyətini artırmaq məqsədi daşıyır. Bu qərar qrupun baş direktoru Oliver Blumun planının bir hissəsi olaraq qəbul edilib.

Şirkət bildirib ki, proqram model çeşidinin təxminən 50% azaldılmasını, eləcə də Emden, Zvikau, Hannover və Nekkarsulmdakı istehsal sahələrinin tutumunun yenidən nəzərdən keçirilməsini əhatə edir. İşçi sayında dəyişikliklər isə təxminən 50 000 nəfərə, o cümlədən rəhbər şəxslərə təsir edəcək. /Bakivaxtı.az
Geri dön