Ana Sayfa > Dünya > Qloriya Staynem 92 yaşında vəfat etdi
Qloriya Staynem 92 yaşında vəfat etdiBu gün, 12:05. Yazar: Subhan |
![]() ABŞ-də qadın hərəkatının mühüm simalarından biri, jurnalist və fəal Qloriya Staynem 92 yaşında vəfat edib. aia.az xarici mətbuata istinadən xəbər verir ki, Staynemin fondu onun Nyu-Yorkdakı evində vəfat etdiyini açıqlayıb. 1960-cı illərin əvvəllərində Nyu-Yorkda müstəqil yazar kimi fəaliyyətə başlayan Staynem sonradan qadın hüquqları uğrunda mübarizənin ən tanınmış simalarından birinə çevrilib. Onun jurnalistikadakı ilk böyük uğurlarından biri “Playboy” klublarında çalışan qadınların iş şəraitini araşdırdığı reportaj olub. O, həmçinin 50 ildən artıq seksizmə qarşı mübarizə məqsədilə yaradılan “Women’s Action Alliance”ın qurulmasında iştirak edib. Xüsusilə 1970-ci illərdə qadınların reproduktiv hüquqları uğrunda mübarizənin ən güclü müdafiəçisinə çevirilib. Onun özü də abortun hələ qanunsuz olduğu 1957-ci ildə abort etdirib. Lakin bunu ictimaiyyətə yalnız 1969-cu ildə açıqlayıb. Staynem eyni cinsdən olan şəxslərin nikahının qanuniləşdirilməsini, qadınların bərabər əməkhaqqı və bərabər hüquqlara malik olmasını müdafiə edib. Xatırladaq ki, Staynem uzun illər evliliyə qarşı məsafəli münasibəti ilə də tanınıb. 2000-ci ildə Cənubi Afrikada doğulan sahibkar və ekoloq Devid Beyllə evlənib. 2013-cü ildə ABŞ-nin o zamankı prezidenti Barak Obama Staynemı Prezident Azadlıq Medalı ilə təltif edib. Bu mükafat ABŞ-də mülki şəxslərə verilən ən yüksək fəxri mükafat hesab olunur. aia.az Geri dön |