Ana Sayfa > İqtisadiyyat > Neftimizin qiyməti 105 dollara yaxınlaşdı
Neftimizin qiyməti 105 dollara yaxınlaşdıBu gün, 11:36. Yazar: Subhan |
![]() Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Adalet.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,02 dollar və ya 2.96% artaraq 104.98 ABŞ dolları olub. Qeyd edək ki, ötən gün neftimiz 101,96 ABŞ dollarına ticarət edilib. Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib. Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb. aia.az Geri dön |